Modern.az

Onkoloji xəstəliklər sığorta zərfinə daxil edilməlidir - Komitə sədri

Onkoloji xəstəliklər sığorta zərfinə daxil edilməlidir - Komitə sədri

Parlament

10 Noyabr 2022, 11:58

“Azərbaycanda bir çox insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta zərfinə aid deyil. Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, İcbari Tibbi Sığorta ilə əhatə olunmayıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında bildirib.

 

Komitə sədri bildirib ki, autizm xəstəliklərinin müalicəsi də İcbari Tibbi Sığorta ilə əhatə edilməlidir: "Bəzi xəstəliklər İcbari Tibbi Sığortaya aid edilib, bu çox yaxşı haldır. Amma hələ də elə xəstəliklər var ki, bunların daxil edilməsi vacibdir. Bir çox patalogiyalar üzrə xəstəliklər İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid edilməlidir. Bunun üçün büdcədən vəsait ayrılması yaxşı olar”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi