Modern.az

Parlamentdə tələbələrin problemi müzakirə olundu

Parlamentdə tələbələrin problemi müzakirə olundu

10 Noyabr 2022, 12:13

“Tələbələrin ilk gündən elmi-tədqiqat işlərinə cəlb edilməsi məsələsi hələ də problemli olaraq qalır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında bildirib.

 

“Biz keyfiyyətli elmi tədqiqatlar istəyiriksə, bununla bağlı maliyyə ayrılmalıdır. Magisrtlarımızın xaricdə tədqiqat keçməsi üçün külli miqdarda maliyyə ayrılır. Amma burada təhsil alanlar üçün əlverişli şərait yaradılmayıb. Tədqiqat aparılması üçün müasir laboratoriyalar hələ də yoxdur. Büdcədən ayrılan vəsaitlərin düzgün istifadə edilməsinə diqqət yetirilməlidir. Dövlət proqramlarının düzgün yerinə yetirilməsi üçün nəzarət lazımdır. Dövlət proqramlarının nəticələri araşdırılmalıdır, çünki proqram bitəndə görürük ki, maliyyə ayrılan sahədə hələ də problem həll olunmayıb", - deyə komitə sədri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir