Modern.az

İranlı aktrisa hicabsız fotosunu YAYDI

İranlı aktrisa hicabsız fotosunu YAYDI

10 Noyabr 2022, 16:34

İranlı aktrisa Təranə Əlidusti vətənindəki etirazçılarla həmrəy olaraq hicabsız fotosunu yayıb.

Modern.az xəbər verir ki, şəkil onun İnstaqram hesabında yerləşdirilib.

İranlı aktrisa şəkildə üzərində “Qadın, həyat, azadlıq” yazısı olan plakat tutub.

Bu ifadə ölkə hakimiyyətini tənqid edən etirazçıları birləşdirən şüardır.

“Daily Mail” nəşri bildirir ki, sənətçi fotoya görə həbs oluna bilər.


Sənətçi bundan əvvəl də İran vətəndaşlarını məhbus adlandıraraq doğma ölkəsinin hakimiyyətini tənqid etmişdi.


Təranə Əlidosti 2020-ci ildə İran hakimiyyətini tənqid etdiyinə görə 5 aylıq həbs cəzasına məhkum edilmişdi.

Aktrisa “Satıcı” filmindəki roluna görə daha çox məşhurlaşıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər