Modern.az

Bu qədər pul Ermənistanda hardandır?

Bu qədər pul Ermənistanda hardandır?

Parlament

11 Noyabr 2022, 12:48

"Ermənistanın arxasında kimin durmasından asılı olmayaraq, Azərbaycanla sülh prosesindədir. Amma sülh imzalamağa hazırlaşan Ermənistan müdafiə xərclərini iki dəfə artırıb".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında deyib.

 

“Bunun səbəbi nədir, arxasında nələr durur, bunu aydınlaşdırmaq lazımdır. Ermənistanın gəlirləri Azərbaycandan çox deyil, demək ki, xalqın boğazından kəsib müdafiə xərclərinə pul ayırır. Ermənistan sülh istəmir. Müqayisəyə baxaq, 2020-ci ildə Ermənistanın müdafiə xərcləri 669 milyon, 2021-də 678 milyon, 2022-ci ildə 754 milyon, nəhayət, 2023-cü ildə isə 1,2 milyard dollar olacaq. Bu qədər pul Ermənistanda hardandır, onu beynəlxalq aləmdən soruşmaq lazımdır. Paşinyanın nitqi də son zamanlar kəskinləşib. Bu da Fransa və ya digər ölkələrlə danışıqlardan sonra olub. Yegənə ölkə olaraq, Rusiya bu prosesdən kənardadır, hətta Ermənistan bildirir ki, vəsait ödəsək də, Rusiya silahları hələ təhvil verməyib”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi