Ukraynanın daha bir şəhərində rus ədəbiyyatının klassiki Aleksandr Puşkinin abidəsi sökülüb.
Modern.az xəbər verir ki, bu dəfə Jitomirin rəhbərliyi şəhərin mərkəzindəki abidənin sökülməsinə qərar verib.
"Noyabrın 11-də Jitomirin mərkəzində 19-cu əsrin sonlarında qoyulmuş rus şairi Aleksandr Puşkinin abidəsi götürülüb”, - məlumatda deyilir.
Qeyd edilib ki, abidənin götürülməsi zamanı qaldırıcı krandan istifadə olunub.
Bu il oktyabrın 12-də Puşkinin Kiyev şəhərin mərkəzində yerləşən büstü sökülmüşdü. Bununla yanaşı, Xarkov şəhərində də oxşar addım atılıb və dahi rus şairinin oradakı abidəsi götürülüb.