Modern.az

Nuşirəvan Məhərrəmli Səhiyyə Nazirliyinə müraciət etdi

Nuşirəvan Məhərrəmli Səhiyyə Nazirliyinə müraciət etdi

26 Aprel 2013, 10:57

Milli Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli televiziyalarda dərmanların reklam olunması məsələsinə münasibət bildirib.

Şura sədri jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyindən onlara dərman peraparatlarının siyahısı göndərilməyib:

”Bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda, tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir”.

N. Məhərrəmli onu da bildirib ki, MTRŞ televiziyada gedən hər bir reklamla bağlı araşdırma apara bilməz. “Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir”-deyə, MTRŞ sədri əlavə edib.

MTRŞ sədri daha sonra ixtisaslaşmış kanalların yaranmasından söz açıb. Bildirib ki, ixtisaslaşmış kanalların yaranması o qədər də asan məsələ deyil. Bizim kimi ölkələrdə bu cür praktikaya çox az rast gəlinir”.

Şura sədri qeyd edib ki, Azərbaycanda idmana və mədəniyyətə yüksək qayğı göstərildiyi üçün bu cür kanallar yaradılıb.

“Dövlət uşaq kanalı üçün maliyyə vəsaiti ayırarsa, biz də bunu uğurla həyata keçirərik”. MTRŞ sədri onu da qeyd edib ki, uşaq kanalı ilə bağlı məsələni həvəskarlara həvalə edə bilmərik.

“Yəni özəl şirkətlərə və özəl televiziyalara bunu həvalə edə bilmərik”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal