Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin aprelin 28-ə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib. Bu barədə Modern.az-a DQMM-ın üzvü, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan məlumat verib.
ALP sədrinin sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti analoji olaraq müxalifətin müraciətinə “yox” cavabı verib.
“Bakı şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədi. Həmçinin bizim şikayətimizə baxmayaraq 1 saylı Bakı İqtisad Məhkəməsi qanunsuz qərar çıxardı”.
İcazəsiz aksiyanın keçirilməsinə gəlincə isə, Ə.Temirxan bu gün bəyanat yayacaqlarını bildirib.
Qeyd edək ki, DQMM aprelin 28-də Bakı şəhərindən aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət etmişdi.
Anar RÜSTƏMOV