Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub. “Media forum” saytının məlumatına görə, sabiq deputatın ailəsi vəkil Oqtay Gərəkməzli ilə müqavilə imzalayıb.
Sabiq deputatın hüquqlarını vəkillər Raqif Mustafayev, Eldar Qədimi, Əfsər Talıbov da müdafiə edir.
Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentin deputatı olub. Fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.
Modern.az