“Dərman preparatlarının reklam olunması üçün rəy MTRŞ-ya təqdim edilmir. Belə ki, dərman preparatının reklam etdirmək istəyən dərman şirkəti nazirlikdən bununla bağlı rəy alır və həmin rəyi reklam olunacaq telekanala verir”. Bunu Səhiyyə Nazirliyi mətbuat xidmətindən Modern.az-a bildiriblər. Nazirlik sözçüsü Anar Qədirli onu deyib ki, reklam olunacaq dərmanların siyahısı MTRŞ-ya təqdim olunmur. “Çünki nazirlik bununla bağlı verdiyi rəy telekanala təqdim olunur”.
Xatıtladaq ki, Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziyalarda dərman preparatlarının reklam olunması ilə bağlı məsələyə münasibət bildirərkən Səhiyyə Nazirliyindən onlara dərman preparatlarının siyahısının göndərilmədiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nuşirəvan Məhərrəmli onu da bildirib ki, nazirlik eyni zamanda, tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki, Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir.
Gültəkin Ələsgər