Modern.az

“Seriallar üçün vəsait ayırmağa tələsmirik” – Nuşirəvan Məhərrəmli

“Seriallar üçün vəsait ayırmağa tələsmirik” – Nuşirəvan Məhərrəmli

26 Aprel 2013, 12:44

“Seriallar üçün vəsaitin ayrılması məsələsində tələsmirik. Bu barədə çox ciddi şəkildə düşünüləcək. Birinci mərhələdə bəzi məsələlər var idi ki onların həlli üçün bu mərhələni keçməli idik”. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MTRŞ sədri Nurşirəvan Məhərrəmli bildirib.

O, qeyd edib ki, ayrı-ayrı prodakşnlarda maddi-texniki bazanın formalaşması, aktyorların əmək haqqı, ssenarilərin meydana gəlməsi məsələləri var idi: “Artıq onlar arxada qalıb. Azərbaycanda həddindən artıq çox prodakşlar var və bəzən onların çoxluğuna təəccüblənirəm. Özüm araşdırma apardım. Bizə film çəkmək üçün müraciət edən prodakşların sayı 35-dən çoxdur”.“

MTRŞ sədri həmçinin regionlarda telekanalların yaradılması məsələsinə də toxunub.

"Regionlarda televiziyaların yaradılması məsələsi hər zaman bizim diqqətimizdədir”. Şura sədri qeyd edib ki, regional kanalların yaradılması üçün ilk öncə bölgələrdə kadr potensialının, maddi-texniki bazanın olması vacibdir: “Hazırda regionlarda mövcud olan telekanalların vəziyyəti bizə bu məsələdə tələsməməyə əsas verir”
Regionlarda radioların da yaradılmasında maraqlı olduqlarını bildirən N. Məhərrəmli bu istiqamətdə də gələcəkdə işlərin görüləcəyini bildirib.

Aytən Əliyeva 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal