«Azərbaycanın Fars körfəzi ilə dəmir yol xətti ilə birləşməsi əhəmiyyətli layihədir. Gömrük keçid məıntəqələrinin fəaliyyətini 12 saata qədər artırmışıq».
Modern.az-ın məlumatına görə, bu fikirləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pak Ayin bildirib.
Səfir qeyd edib ki, Azərbaycanla İran arasında turizm sahəsində əməkdaşlıq davam edir:
“Turizm sahəsində əməkdaşlıq davam edir, xüsusilə müalicə sahəsində turstlər gəlir. Fikirləşirik ki, ilin sonuna kimi 1 milyon Azərbaycan vətəndaşı Azərbaycana səfər edəcək. Bu səfər həm səhiyyə, ziyarət, həm turizm məqsədilə olacaq.
İran rəısmilərinin yaxın vaxtlarda Azərbaycana səfərinin gözlənməsinə gəlincə səfir bildirib ki, bu səfərin baş tutub tutması seçkilərdən sonra bilinəcək. “Təxmninın 1 ay yarımdan sonra İranda seçkilər keçiriləcək. Səfər olarsa yalnız bundan sonra ola bilər».
Mətbuatda Suriya məsələsində Azərbaycanla İran arasında fikir ayrılığının olmasına münasibət bildirən səfir deyib ki, mənim bildiyim qədər bu görüşlərdə Azərbaycan Respublikasının rəsmiləri ilə İran İslam Respublikası rəsmilərinin mövqeləri çox yaxındır.
“Hər iki ölkə tərəfdardır ki, Suriyadakı daxili çəkişmələr dinc yolla, müxlifıt və iqtidar rəsmilərinin müxakirələrinin vasitəsilə həll olunsun. Hər iki ölkə inanır ki, Suriya məsələsi hərb yolu ilə həll olunası məsələ deyil. Bu sahəə Azərbaycanla İranın fikirləri çox yaxındır”.
Aytən Əliyeva