Modern.az

Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı

Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı

Dünya

12 Noyabr 2022, 20:17

ABŞ prezidenti Co Bayden Kambocanı Kolumbiya ilə səhv salıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi bildirib.

 

Kambocada keçirilən ASEAN sammitində çıxış edən Bayden Kamboca əvəzinə Kolumbiyanın adını çəkib.

 

“İndi biz burada, Kambocada yenidən bir yerdəyik, ümid edirəm ki, biz əldə etdiyimizdən daha çox irəliləyiş əldə edəcəyik və mən Kolumbiyanın baş nazirinə təşəkkür etmək istəyirəm”, - o bildirib.

 

Bayden çıxışı zamanı Kambocanın baş naziri Hun Seni nəzərdə tuturdu.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI