Modern.az

ABŞ seçkilərində maraqlı ənənə - Qalib qəpik atılaraq seçildi

ABŞ seçkilərində maraqlı ənənə - Qalib qəpik atılaraq seçildi

13 Noyabr 2022, 00:44

ABŞ-da bu həftə keçirilən seçkilərin nəticələrini müəyyən etmək üçün səslərin sayılması davam edir.

 

Modern.az xəbər verir ki, ABŞ-ın Kentukki ştatının yaşayış məntəqələrinin ikisində keçirilən seçkilərdə namizədlərin qazandıqları səslərin sayı bərabər olub.

 

Belə ki, ştatın Brekinric bölgəsində hakimlik üçün keçirilən seçkilərdə iştirak edən namizədlər David Olbrayt ve Ronni Robinson 572 səs toplayıb. Muldroq bölgəsində bələdiyyə məclisinin üzvü seçilmək üçün yarışan namizədlər Deborah Noel və Şeron Hodc da bərabər sayda səs qazanıb.

 

Kentukki ştatının qanunlarına görə, bu halda seçkinin qalibi qəpik atmaqla seçilir. Bu zaman namizədlərdən biri havaya qəpik atır, digəri isə qəpiyin tərəflərindən birini seçir. Əgər onun seçdiyi tərəf düşərsə, həmin namizəd seçkilərdə qalib elan olunur. Olbrayt və Noel seçkilərdə bu üsulla qalib gəlib.

 

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI