Modern.az

Akif Əlizadə xəbərdarlıq etdi: “AMEA-da ixtisarlar olacaq”

Akif Əlizadə xəbərdarlıq etdi: “AMEA-da ixtisarlar olacaq”

26 Aprel 2013, 14:31

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin indiki strukturu bu gün üçün yararlı deyil. Bu strukturda xeyli sayda şişirtmələrə yol verilib. O strukturun çox hissəsini ləğv edib, yeni şöbələr yaradacağıq”. Bu fikirləri APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə bildirib. 

Onun sözlərinə görə, artıq bununla bağlı AMEA-nın akademik-katibi Rasim Əliquliyevə tapşırıq verilib: “Yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən sonra AMEA-nın institutlarında da ixtisarlar ola bilər”. 

Sabiq təhsil naziri Misir Mərdanovun AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru təyin edilməsi haqqında rəsmi təklif yoxdur”.

A. Əlizadə bildirib ki, belə bir söhbəti o da eşidib: “Amma bu məsələni dövlət, ölkə prezidenti həll edir. Bu gün bununla bağlı dəqiq söz demək mümkün deyil. Misir Mərdanovun Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi haqqında rəsmi təklif yoxdur”.

Qeyd edək ki, M. Mərdanovun AMEA Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi barədə bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılıb.

Mexanika və Riyaziyyat İnstitutunun direktoru Akif Hacıyev AMEA-nın aprelin 24-də keçirilən illik ümumi iclasında qurumun vitse-prezidenti və Akademiyanın Mexanika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi təyin olunub. Hazırda onun institutdakı direktor yeri boşdur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal