“Hər şeyin öz vaxtı var. Danışıqlar gedir, görək, danışıqlar nə ilə yekunlaşacaq”. Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsinə münasibət bildirərkən deyib.
Nazir Azərbaycanın xarici siyasətini öz milli maraqlarından çıxış edərək apardığını vurğulayıb: "Azərbaycan milli maraqlarına uyğun olaraq öz siyasətini qurur. Danışıqlar gedir, baxaq görək necə olacaq".
Yaxın Şərqə səfərini şərh edən Elmar Məmmədyarov bildirib ki, bu, təkcə İsrailə səfər olmayıb: “Mən Fələstinə də səfər edib, orada bir sıra görüşlər keçirmişəm. Azərbaycan Fələstinə həmişə dəstək verib və dəstəyini davam etdirəcək”.
XİN başçısı iyunda Bakıda Fələstin xalqına yardım göstərilməsinə həsr olunmuş donor konfransın keçiriləcəyini deyib.
Aqşin Kərimov