Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik, millət vəkili Əhliman Əmiraslanov Türkiyənin Qazi Universitetinin rektoru, Yaxın Şərq Onkoloqlar Dərnəyinin üzvü, professor Süleyman Böyükbərbərlə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə tibb sahəsi üzrə ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.
Tibb Universiteti ilə ümumi tanışlıqdan sonra Ə. Əmirasalanov Azərbaycan tibbi təhsilindən söz açıb: “Qazi Universiteti bizə ən yaxın universitetdir. 1992-ci ildən bəri Azərbaycan Tibb Universitetinin rəhbərliyi Qazi Universitetinin bütün rektorları ilə yaxın dost münasibətində olub. İnanıram ki, sizinlə də yaxın dostluq münasibətlərimiz olacaq”.
Namidə Bingöl