İsmayıllıda baş verən hadisələrdə narazı kütlə tərəfindən yandırılan “Çıraq” otelinin yerində yeni inşa olunacaq yaşayış binasının təməli qoyulub.
Modern.az-ın məlumatına görə, İsmayıllıda Nizami Gəncəvi küçəsində istismar müddəti keçmiş 2 mərtəbəli kommunal yaşayış binalarının sökülərək yeni, müasir 5 mərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb.
Bu məqsədlə ötən gün təməlqoyma mərasimi keçirilib. Mərasimdə RİH-nin başçısı Mirdaməd Sadıqov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və həmin binaların sakinləri iştirak ediblər.
Modern.az