Modern.az

Rəşad Dağlının oğlunun adından pul yığıldı - Polis araşdırma aparır

Rəşad Dağlının oğlunun adından pul yığıldı - Polis araşdırma aparır

Hadisə

13 Noyabr 2022, 23:51

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin TikTok səhifələrində məlumat paylaşılıb.

 

Paylaşımda saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib. Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama