Modern.az

“İlham Əliyevdən başqa namizədimiz yoxdur” - YAP-dan AÇIQLAMA

 “İlham Əliyevdən başqa namizədimiz yoxdur” - YAP-dan AÇIQLAMA

26 Aprel 2013, 18:24


Prezident seçkisinə artıq bir neçə ay qalıb. Bir çox partiya seçkidə iştirak etmək üçün israrlı olduqlarını bəyan edib. Maraqlıdır ki, həmin partiya sədrləri öz namizədliklərini irəli sürürlər. Hakim Yeni Azərbaycan Partiyası isə öz namizədlərinin hazırkı prezident İlham Əliyev olacağını qəti şəkildə bildirir. Məsələnin anlaşılmayan cəhəti isə odur ki, İlham Əliyev öz namizədliyi ilə bağlı hələlik heç bir qərar açıqlamayıb. Əgər prezident İlham Əliyev öz namizədliyini irəli sürməsə, YAP-ın alternativ namizədi kim ola bilər?

Bu barədə Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, YAP-ın yeganə namizədi prezident İlham Əliyev olacaq.

“Prezident İlham Əliyevin namizədliyi YAP tərəfindən irəli sürüləcək. Bu məsələ YAP-ın qurultayında da öz təsdiqini tapacaq”.

Aqşin Kərimov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal