Modern.az

İranda gizlənənlərin “WhatsApp” qrupları üzə çıxdı

İranda gizlənənlərin “WhatsApp” qrupları üzə çıxdı

Aktual

14 Noyabr 2022, 10:22

Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilib.

 

"Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU