Modern.az

QHT Şurası toplandı - FOTO

QHT Şurası toplandı - FOTO

26 Aprel 2013, 19:47


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası açan Şura sədri Azay Quliyev Şuranın son dövrdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək gündəliyi elan edib:

1.    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yazı müsabiqəsinin yekunları haqqında

2.    Şuranın 2013-cü ilin birinci rübündəki fəaliyyəti haqqında

3.    QHT Əməkdaşlıq Alyansının “Şuşa musiqi beşiyidir” aksiyası ilə bağlı müraciəti haqqında

4.    “Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin “Regionlarda hepatit əleyhinə maarifləndirmə işlinin aparılması” layihəsinə maliyyə yardımının ayrılması barədə Şuranın 13 mart 2013-cü il tarixli 08(90) nömrəli iclasının qərarına yenidən baxılması haqqında

5.    Cari məsələlər

Gündəliyin 1-ci bəndi haqqında sədr A.Quliyev məlumat verərək bildirdi ki, mərhum prezident  Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şuranın 6 xarici ölkədə keçirdiyi beynəlxalq yazı müsabiqəsi həmin ölkələrin ictimaiyyəti arasında böyük marağa səbəb olub və yerli mətbuatda çap edilən 20 məqalə Azərbaycanın müvafiq səfirlikləri vasitəsilə Şuraya göndərilib.

Qeyd edilib ki, müsabiqənin tam yekunlaşdırılması və qaliblərin may ayının 7-də Bakıda təntənəli şəkildə mükafatlandırılması üçün lazım olan zəruri tədbirlər davam etdirilir.

Şuranın 2013-cü ilin birinci rübündəki fəaliyyəti haqqında məruzə ilə katibliyin icraçı direktoru Fərasət Qurbanov çıxış etdi.

QHT Əməkdaşlıq Alyansının may ayında keçirmək istədiyi “Şuşa musiqi beşiyidir” aksiyası ilə bağlı müraciət Şura üzvləri tərəfindən müsbət qarşılandı.

Gündəliyin növbəti bəndinə uyğun olaraq, “Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin “Regionlarda hepatit əleyhinə maarifləndirmə işlinin aparılması” layihəsinə maliyyə yardımının ayrılması barədə Şuranın 13 mart 2013-cü il tarixli 08(90) nömrəli iclasının qərarına yenidən baxıldı və qərar ləğv edildi.

Cari məsələlər sırasında Şuranın 2013-cü il birinci maliyyə yardımı çərçivəsində dəstəklədiyi layihələr üzrə nəzərdə tutulmuş nəşrlərin vəziyyəti müzakirə edildi. Qeyd edildi ki, bəzi QHT-lərin büdcə korreksiyaları ilə əlaqədar layihənin nəşrlər maddəsinə etdiyi dəyişikliklər tamamilə əsassız və yolverilməzdir. Şuranın bu iradının həmin QHT-lərin nəzərinə çatdırılması katibliyə tapşırıldı.

Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal