Modern.az

Mikayıl Cabbarov TQDK əməkdaşının döyülməsi faktını araşdırdı

Mikayıl Cabbarov TQDK əməkdaşının döyülməsi faktını araşdırdı

26 Aprel 2013, 21:59


Təhsil Nazirliyinin mətbuat xidməti Bakı şəhəri 53 saylı orta məktəbdə TQDK əməkdaşları ilə bağlı yaşanan anlaşılmamazlığa aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə dünən baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XIb sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət edib.

Müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında  iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib

Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillərin əsasına qurulmasının vacibliyi nazir tərəfindən vurğulanıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal