Modern.az

Hidayət Orucov baş nazirlə görüşdü

Hidayət Orucov baş nazirlə görüşdü

27 Aprel 2013, 11:50


Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Hidayət Orucov Qırğız Respublikasının Baş Naziri Jantoro Satıbaldiyev ilə görüş keçirib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Jantoro Satıbaldiyev Səfiri təyinatı ilə bağlı təbrik edib, Qırğızıstan -Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsində öz səylərini əsirgəməyəciyini bildirib. Baş Nazir Azərbaycanın  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini vurğulayıb. Səfir Azərbaycanla Qırğızıstanın iqtisadi əlaqələrinin imkanlar səviyyəsində olmamasını, ticarət dövriyyəsinin 2012-ci il ərzində cəmi 13 mln ABŞ dolları təşkil etdiyini Baş Nazirin diqqətinə çatdırıb və bu rəqəmin xeyli artırlması üçün hər çür şəraitin olduğu söyləyib.

Daha sonra ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilib. Bu ilin yayında Bakıda biznes - forumun, payızda Hökümətlərarası komissiyanın növbəti iclasının  kecirilməsi, Bişkek –Bakı – İstambul , İstambul – Bakı – Bişkek avia reysinin acılması məsələlərinə baxılması, Azərbaycanlı iş adamlarının Qırğızıstana dəvət edilməsi, 2014-cü ildə Azərbaycanın Qırğız Respublikasında və Qırğızıstanın Azərbaycan Respublikasında mədəniyyət günlərinin baş tutması, Çingiz Aytımatovun anadan olmasının 85 illiyi yubileyinin dövlət səviyyəsində qeyd edilməsi məsələləri müzakirə edilib. Baş Nazir Qırğızıstanda xeyli miqdarda qızıl yataqlarının olduğunu vurğulayıb və Azərbaycanın burda zərgərlik müəssəsisin aça bilməsi imkanı olduğunu səfirin diqqətinə çatdırıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal