Modern.az

Müharibəni dayandırın! - Fransa və Çin liderlərindən çağırış

Müharibəni dayandırın! - Fransa və Çin liderlərindən çağırış

Dünya

15 Noyabr 2022, 08:44

Çin lideri Si Cinpin və Fransa prezidenti Emmanuel Makron İndoneziyanın Bali adasında keçirilən G20 görüşündə Ukraynada atəşkəs və sülh danışıqlarının bərpasına çağırış ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

“Biz atəşi, müharibəni dayandırmalı və sülh danışıqlarına başlamalıyıq”, - deyə Si Cinpin bildirib.

 

Makron da öz növbəsində Fransa tərəfinin Pekinlə birlikdə dinc qlobal inkişafı təşviq etməyəhazır olduğunu bəyan edib. 

 

Bundan əlavə, Çin lideri əlavə edib ki, ölkəsinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyəcək: “Sülh prosesi üçün beynəlxalq ictimaiyyət şərait yaratmalıdır. Bundan sonra Pekin də öz növbəsində konstruktiv səylərini davam etdirəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu