Modern.az

Müharibədən sağ gəlmişdi, qəzada öldü - FOTO

Müharibədən sağ gəlmişdi, qəzada öldü - FOTO

15 Noyabr 2022, 14:55

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub.

 

Nəticədə S.Atakişiyev dünyasını dəyişib. 

 

Qeyd edək ki, Səxavət Arif oğlu Atakişiyev 44 günlük müharibədə iştirak edib. O, prezidentin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Elmar Hüseynov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər