Modern.az

Məktəblərdə payız tətili BAŞLADI

Məktəblərdə payız tətili BAŞLADI

16 Noyabr 2022, 07:52

Bu gündən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

 

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

 

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir