Modern.az

Gürcüstanda təkrar parlament seçkiləri keçirilib

Gürcüstanda təkrar parlament seçkiləri keçirilib

28 Aprel 2013, 14:45

Aprelin 27-də Gürcüstan parlamentinə 3 seçki dairəsində-Tbilisi şəhərinin Nadzaladevi, qərbi Gürcüstandakı Bağdati və Samtredia rayonlarında majoritar deputatlığa aralıq seçkilər keçirilib.

Modern.az AzərTAc-a istinadən bildirir ki, parlament üzvlüyü uğrunda 13 siyasi subyekt və bir müstəqil namizəd mübarizə aparıb. Seçkilərin gedişinə 20 yerli qeyri-hökumət, 7 beynəlxalq təşkilatdan və 17 kütləvi informasiya vasitələrindən müşahidəçilər nəzarət ediblər. Səsvermədə seçicilərin təqribən 32 faizinin iştirak etdiyi bildirilir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Zurab Xarataşvili jurnalistlərə bildirmişdir ki, bəzi texniki və prosedur nöqsanlara baxmayaraq ümumulikdə proses dinc, insidentsiz keçib. Seçkilərin nəticələri rəsmən 10-12 günə elan olunacaqdır.

İlkin məlumata görə isə hər üç seçki dairəsində “Bidzina İvanişvili-gürcü arzusu” siyasi blokunun namizədləri liderdirlər.

Qeyd edək ki, keçən il oktyabrın 1-də Gürcüstan parlamentinə bu seçki məntəqələrindən seçilmiş deputatlar nazir vəzifəsinə təyin olunduqlarına görə burada yenidən seçkilər keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...