Bakıda dəhşətli avtomobil qəzası baş verib. Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Zabrat dairəsində Yusif Mədətovun idarə etdiyi VAZ 2107 markalı avtomaşın idarəetməni itirərək 186 saylı avtobusa arxadan çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisə zamanı dünyasını dəyişən 18 yaşlı sürücü bir neçə gündən sonra hərbi xidmətə gedəcəkdi.
Modern.az