Modern.az

“Biz peşəkar orduya keçirik” - Paşinyan hərbi xərclərdən danışdı

“Biz peşəkar orduya keçirik” - Paşinyan hərbi xərclərdən danışdı

16 Noyabr 2022, 17:50

Ermənistanın gələn il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri 509 milyard dram səviyyəsində nəzərdə tutulub. Hərbi xərclərin artımı 2018-ci illə müqayisədə 113% təşkil edəcək.


Modern.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.


“2023-cü il büdcəsinin vergi gəlirləri hissəsi 2 trilyon 204 milyard dram səviyyəsində planlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 946 milyard dram və ya 75,1% çoxdur. Dörd il yarımdan - müharibə və epidemiyadan sonra biz 2018-ci ilin büdcəsindən 75% yüksək büdcə təklif edirik. Bundan əlavə, müdafiə sektorunun xərcləri 2018-ci illə müqayisədə 113%, yəni 2 dəfədən çox, 2022-ci illə müqayisədə isə 47% artımla 509 milyard dram həcmində nəzərdə tutulub”, - Paşinyan bildirib.


Baş nazir xatırladıb ki, 2022-ci ildə könüllü attestasiyadan keçərkən hərbi qulluqçuların maaşları azı iki dəfə, hətta üç dəfə artırılacaq.


"Biz peşəkar orduya belə keçirik", - baş nazir deyib.


O, hərbi təhsil sahəsində aparılan islahatlara da toxunub. Bildirib ki, hərbi peşəni seçən və hərbi təhsil müəssisəsini bitirdikdən sonra gənclərə mənzil veriləcək.


“Təhlükəsizlik ehtiyaclarımızı yaxşılaşdırmaq baxımından həll edilməli olan əsas problemlərimiz var. Dövlət sirri təşkil edən məlumatların açıqlanmasına səbəb ola biləcək mümkün qədər az məlumatın dərc olunmasını xahiş etməyə məcburam. Qeyd edə bilərik ki, orduda islahat prosesi artıq başlayıb və hər ay bu, sürət qazanacaq”, - Paşinyan fikrini yekunlaşdırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa etdi