Modern.az

Cəbhə xəttində daha bir monitorinq

Cəbhə xəttində daha bir monitorinq

29 Aprel 2013, 09:57

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçirəcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal