Modern.az

Əhmədinejad Azərbaycanı təriflədi: “Sizinlə fəxr edirik”

Əhmədinejad Azərbaycanı təriflədi: “Sizinlə fəxr edirik”

29 Aprel 2013, 10:12


İran İslam Respublikasıın prezidenti Mahmud Əhmədinejadın Şərqi Azərbaycan vilayətinə səfəri çərçivəsində çıxışı maraqla qarşılanıb. Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Təbriz əhalisi önündə çıxış edən Əhmədinejad Azərbaycanla fəxr etdiyini deyib:

“Azərbaycan İran xalqının fəxridir. İran xalqı da daim Azərbaycanla fəxr edir”. İran prezidenti daha sonra Azərbaycanı İranın milli iqtidarının başlıca qaynaqlarından adlandırıb.

“Azərbaycan əhalisi İran xalqı üçün sevinc, ümid və irəliyə doğru hərəkət qaynağıdır. Bu diyarın əhalisi tarix boyu öz yorulmaz səyi və təlaşı ilə onlarla böyük alim, mütəfəkkir, ədib, sənətkar və mücahid yetişdirib, İran xalqına təqdim edib. İran xalqının Azərbaycana olan eşq və məhəbbəti vəsfə gəlməzdir və mən burda onun yalnız kiçik bir hissəsini dilə gətirə bildim”.

M.Əhmədinejad daha sonra ABŞ-ın bostanına daş atmağı unutmayaraq əlavə edib: “Əgər bu gün məntəqəni bürüyən fitnə alovu genişlənərsə, ara qızışdıranlar da amanda qalmayacaqlar. Şeytana inanmaq, ona etibar etmək yanlışdır. Hegemonçular yaxşı və sədaqətli dostlar deyillər. Əlbəttə, onların dövranı da başa çatıb və bu kimi plan hazırlamaqla xilas ola bilməyəcəklər. Onlar bilməlidirlər ki, bu kimi hərəkətlərlə, yalnız özləri üçün daha pis bir gələcək tədarük görürlər”.


İran İslam Respublikası prezidenti zəlzələdən zərərə çəkmiş məntəqələrə də baş çəkib.

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal