Modern.az

Ukraynanın qələbə şansı yüksək deyil - ABŞ generalı 

Ukraynanın qələbə şansı yüksək deyil - ABŞ generalı 

16 Noyabr 2022, 23:45

Ukraynanın hərbi qələbə qazanmaq şansı yüksək deyil.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Birləşmiş Rəislər Komitəsinin sədri Mark Milley Pentaqonda keçirilən brifinq zamanı deyib.

 

O qeyd edib ki, Rusiyanın uğursuzluqlarla üzləşməsinə baxmayaraq, Ukraynada hələ də əhəmiyyətli döyüş gücü var.

 

Amerikalı generalı Kiyevi ehtiyatlı olmağa çağırıb: "Ukrayna ordusunun qələbə ehtimalı yüksək deyil. Rusların geri çəkilməsi siyasi həll ola bilər. Bu, mümkündür".

 

Milley onu da əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynanın özünü müdafiə etməsi üçün lazım olan müddətdə dəstəkləyəcək .

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu