“Biz çoxdan enerji təchizatının genişlənməsinin tərəfdarıyıq. Görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan bütün ölkələr başqa təchizat mənbələri axtarırlar. Bu kontekstdə Azərbaycan mühüm rol oynayır”.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatda keçirilən dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, ABŞ administrasiyası hesab edir ki, Rusiya idxalından asılılığını azaltmağa Azərbaycanın Avropa ölkələrinə enerji ixracı kömək edəcək: “Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca, Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”.