Modern.az

Su xətti çəkirdi - \"Tok\" vurub öldürdü

Su xətti çəkirdi - \

17 Noyabr 2022, 09:30

Noyabrın 16-sı saat 15 radələrində Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarım Stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Qaradağ rayon prokurorluğundan bildirilib.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Rəsmi məlumata görə, hazırda istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU