Modern.az

Hacıqabul-Bəhramtəpə yolunda hərəkət 16 gün müddətinə məhdudlaşdırılır

Hacıqabul-Bəhramtəpə yolunda hərəkət 16 gün müddətinə məhdudlaşdırılır

29 Aprel 2013, 11:00


Aprelin 29-dan etibarən Hacıqabul-Bəhramtəpə avtomobil yolunda hərəkət 16 gün müddətinə tam məhdudlaşdırılıb. Bu, asfalt-beton örtüyün salınması ilə əlaqədardır. Yolun 10-cu km-dən 40-cı km-nə qədər olan hissədə hərəkət dayandırılıb.

Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal