Modern.az

Bakıda yeni radio yayıma BAŞLAYIR

Bakıda yeni radio yayıma BAŞLAYIR

17 Noyabr 2022, 11:31

Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş Yurd FM radiosu, 18 noyabr 2022-ci il səhər saat 8-dən Bakı şəhərində yayıma başlayır.

 

Modern.az xəbər verir ki, yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkün olacaq. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanacaq.

 

2023-cü ilin birinci yarısından etibarən radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırılır. Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərəcək.

 

Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunacaq.

 

Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər