Modern.az

Erməni “faktları”

Erməni “faktları”

Ölkə

29 Aprel 2013, 11:31

Akif Nağı

Ermənilər zaman-zaman özlərindən ağlasığmaz şeylər uydurur, normal insanın heç bir halda inana və qəbul edə bilməyəcəyi hər hansı bir cəfəngiyatı ortaya çıxarırlar. Biz həmişə bu cür cəfəng şeyləri ciddiyə almamış, gülmüşük, ermənilər isə tam ciddiyyətlə bu cəfəngiyatı təbliğ etməklə məşğul olmuş, sonda özləri də bu yalana inanmış, hətta dünyanı da inandıra bilmişlər. Çox şeyi ciddiyə almamaq, təhlükə, ölüm təhlükəsi başımızın üstünü alanadək tükümüzün də tərpənməməsi bizim milli xüsusiyyətlərə aiddir. Yalanı həqiqət kimi təqdim edib hamıya qəbul etdirmək, bütün ideyalarını yalan üstündə qurmaq isə erməni toplumunun tipik xüsusiyyətlərindəndir.

Bunu hamımız bilirik, mən yeni bir şey demirəm, amma fəlakət burasındadır ki, bu bildiklərimizə artıq əhəmiyyət vermirik, erməni yalanlarının bizimlə yanaşı, yan-böyürümüzdə qalıb yaşamasına dözürük. Ermənilərin də istədiyi budur: yalana qəzəbin, etirazın göstərilməməsi. Bu taktika yalanın qəbul olunmasına xidmət edir. Əvvəl ciddiyə almirsan , sonra əhəmiyyət vermirsən, daha sonra səninlə birlikdə mövcud olmasına dözürsən, ən axırda isə inanmağa başlıyırsan.

 Ona görə də erməni yalanlarına qarşı savaş və ifşa prosesi heç vaxt dayanmamalıdır. Yazmaqdan, deməkdən, təkrar etməkdən yorulmamalıyıq, hər dəfə insanların beyninə, şüuruna yol tapa biləcək yeni formalar, vasitələr, priyomlar tapmalıyıq.

 Bu gün çoxlarının bildiyi bir neçə faktı yenidən diqqətə qaytarmaq istəyirəm. Bunlar haqda  çox deyilib, yazılıb, elmi araşdırmalar həsr olunub. Amma elmi araşdırmaları hamı oxumur, oxuyanalr da yaddan çıxarırlar. Mən bu faktları çatdırmaq üçün populyar ifadə janrını seçirəm ki, hamıya aydın olsun. Məsələn, tanınmış ingilis tədqiqatçısı Tomas de Vall məqalələrinin birində yazır ki, “böyük dövlətlərin 1915-1921-ci illər ərzində yeritdikləri siyasət Ermənistanın ərazilərinin kiçilməsinə səbəb oldu”. Bu, erməni yalanına uymuş müəllifin yol verdiyi tipik yanlışlıqdır. Ermənistanın hansı ərazisi var idi ki, böyük dövlətlər də onu kiçiltsinlər? Deməli, bu adam erməni yalanlarının təsiri altına düşüb. Burada amerikalı general C.Harbordla bağlı hadisəni yada salmalıyam. O, 1919-cu ildə prezident V.Vilsonun tapşırığı ilə ermənilərin vəziyyətini öyrənmək üçün Türkiyəyə gəlmişdi, ölkəyə daxil olan andan hər yerdə hamını ittiham edirdi ki, “siz pis millətsiniz, erməniləri qırmısınız”, az sonra ermənilərlə, sonra Mustafa Kamal və digər adamalarla görüşdü, həqiqəti özü gördü, Türkiyəni tərk edəndə dediyi sözlərə görə üzr istədi. Bu tomaslar erməni təbliğatının təsiri altındadırlar, yuxarıda qeyd etdiyim məqaləsinin başqa bir yerində yazır ki, “1915-ci ildə erməniləri Anadoluda kütləvi şəkildə qırıblar”. Heç kəs soruşmur ki,  sən bunları hansı faktın əsasında deyirsən? Hanı kütləvi məzarlıqlar? Daha doğrusu, kütləvi məzarlıqlar var, amma amma onlar erməni quldur dəstələri tərəfindən qətlə yetirilən türklərin, azərbaycanlıların kömüldükləri məzarlıqlardır, Türkiyədə 300-dən çox belə məzarlıq  var, amma dünya bunu görmək istəmir. Ermənilər qondarma “erməni soyqırımı” ilə bağlı yalanalarına elə don geyindiriblər, elə psixoz vəziyyəti yaradıblar ki, heç kəs deyilənlərin doğru olub-olmamasının fərqinə varmır. Fərdlər, dövlətlər bu məsələyə münasibət bildirəndə qırğının olub-olmaması, guya qırılanların taleyi ilə  qətiyyən ilgilənmirlər, məsələyə Ermənistanın, hansısa erməninin xətrinə dəyər, ya dəyməz, ermənilərin özündən və ya “pulundan istifadə etmək” olar, ya olmaz prizmasında yanaşır, “hə”və ya “yox” deyirlər. Ermənilər ona da nail olubalr ki, bu gün tolerantlığın, Qərb dəyərlərinə sədaqətin göstəricilərindən birini də qondarma “erməni soyqırımı”na münasibət təşkil edir. Ona görə də Türkiyə və Azərbaycanda vaxtaşırı əcaib münasibətlərə rast gəlirik: “filankəs tanıdı, üzr istədi və s”.

Başqa bir erməni yalanının  qarşısında ermənilərin dostu, arvadı da erməni olan akademik B.Piotrovski də dayana, səbrini basa bilməyib. V.Mkrtçyan familiyalı bir erməni alimi 1967-ci ildə Çexoslavakiyada ingilis dilində çıxan “New Orient” adlı elmi jurnalda “ Mesamorun sirri” adında məqalə yazıb və məqaləni e.ə.XIX əsrə aid erməni sikkəsinə həsr edib. Müəllif tam ciddiyyətlə iddia edir ki, bu, e.ə.XIX əsrə aid erməni pul vahididir.  Həmin sikkə ekspertiziyaya verilir və məlum olur ki, bu, Azərbaycan Atabəylər dövləti tərəfindən XII əsrdə buraxılmış sikkədir. Başqa bir erməni alimi S.Ayvazyan isə Mesamorda bir daş qaya üstü yazı tapıb, onu e.ə.XVII əsrə aid edib və guya qədim erməni dilində “Akopun evi, od evi” kimi tərcümə edib. Ərəbşünas alimlər baxıb görüblər ki, bu, qəbir üstü daşdır, ərəb dilində “Əli Qasım xan” yazılıb. Belə görünə bilər ki, hər şey aydındı, yalan ifşa olundu. Əslində bu yalanın  ifşa olunduğunu dar bir çərçivədə adamlar bilir, yerdə qalanların xəbəri yoxdur, bu yalanlar əsərdən əsərə keçir, alimlər bir-birindən iqtibas gətirirlər. Bu gün də həmin bu saxta yazı əsasında belə bir fikir qalmaqdadır ki, guya e.ə.XVII əsrdə qədim erməni heroqlifləri olub və bütün əlifbalar ondan yaranıb.

Ermənistan rəhbəri Q.Arutinov 1945-ci il iyulun 7-də Sovet rəhbərlərinə yazdığı məktubda “tarixi ədalətsizliyin aradan qaldırılması, birinci dünya müharibəsindən sonra Türkiyəyə verilmiş erməni torpaqlarının qaytarılması, 1914-cu il sərhədlərinin bərpa olunması, Ermənistanın keçmiş Qars vilayəti və Sürməli qəzasının qaytarılmasına yardımçı olmalarını xahiş edirdi. Hamı üçün absurd olan bir fikir idi, amma Stalin bu məsələni qalib dövlətlərin Potsdam konfransında qaldırdı, yaxşı ki, ABŞ və İngiltərıə əleyhinə oldular. Ermənilərin katolikosu I Vazgen 1956-cı ildə Livan, Misir, İtaliya, Fransa, İngiltərədə səfərdə olmuşdu, qayıdandan sonra SSRİ Nazirlər sovetinin sədrinə məktub yazmışdı ki, xaricdə hamı məndən soruşurdu ki, əhalisinin əksəriyyəti ermənilərədn ibarət olan Dağlıq Qarabağ, Naxçıvan, Axalkələk nə vaxt Ermənistanın tərkibinə daxil ediləcək”.

  Ağdam az qalır bağırsın ki, ay filan, bu qədər də yalan demək olmaz axı. Amma deyirdilər, deyirlər də, dediklərini yeridirdilər, yeridirlər də. Biz bunlara sayıqlama deyirik, amma Sovet rəhbərliyi dəfələrə bu sayıqlamalara inanıb, həyəta keçirmək istəyində olublar. hərbi hissəər dəfə bizi hansısa təsadüf, bəlkə də zərurətdən doğan təsadüf nəticəsində xilas edib. Bu gün də biz erməni yalanlarının ayaq tutub yeridiyi vəziyyətlə üz-üzəyik. Erməni deyir əvvəldən Qarabağda yaşayıblar, ora onların olub, onları qırırmışıq, canlarını güclə qurtarıblar. Biz deyirik yalan deyirlər. Amma dünya onların yalanına inanır.

  Yalanı, xüsusilə də erməni yalanını ifşa etmək çox çətindi, bəlkə də mümkün deyil. hərbi hissəər halda yazaq, deyək, fikirlərimizi populyar dildə çatdırmağa çalışaq. Amma bu, çox uzun, bəlkə də sonsuz bir yoldur. Qısa yol isə hərbdən keçir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir