Modern.az

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır

Parlament

17 Noyabr 2022, 12:03

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Qərar layihəsinə əsasən, Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

 

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi