Modern.az

Elnur Əliyev “Şuşa Qoruq İdarəsi”nin Müşahidə Şurasından çıxarıldı

Elnur Əliyev “Şuşa Qoruq İdarəsi”nin Müşahidə Şurasından çıxarıldı

17 Noyabr 2022, 16:40

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibində dəyişiklik edib.


Modern.az xəbər verir ki, Prezidentin imzaladığı sərəncama əsasən, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

 

Bundan əlavə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.


Xatırladaq ki, Elnur Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı. 

 

Qeyd edək ki, cəmi bir il nazir müavini olan Elnur Əliyev DTX tərəfindən Mədəniyyət Nazirliyində keçirilən istintaqa cəlb edilib. Dindirildikdən sonra sərbəst buraxılıb. Hazırda istintaq davam edir. E.Əliyev noyabrın 3-də nazirin birinci müavini vəzifəsindən azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər