Modern.az

Azərbaycan kommunistləri 1 may bayramı ilə bağlı tədbir hazırlayır

Azərbaycan kommunistləri 1 may bayramı ilə bağlı tədbir hazırlayır

29 Aprel 2013, 13:06


“1 May dünya zəhmətkeşlərinin həmrəylik və 9 May Qələbə günü ilə əlaqədar Kommunist Partiyasının Mərkəzi Komitəsində aprelin 21-də tədbirlər planı qəbul olunub”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib. Rauf Qurbanov bildirib ki, mayın 1-də Kommunist Partiyasının rayon və şəhər komitələri may gəzintisi həyata keçirəcəklər.
“Bakı və digər bölgələrdə olan parklarda Mərkəzi Komitənin qərarına uyğun olaraq may gəzintisi olacaq”.

Xatırladaq ki, 1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji  atributu kimi ləğv edib.  

Aqşin Kərimov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal