Modern.az

Tələbələr arasında kütləvi dava ölümlə bitdi

Tələbələr arasında kütləvi dava ölümlə bitdi

18 Noyabr 2022, 08:38

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

 

Modern.az APA-ya istinadən bildirir ki, keçmiş Ələt-Astara magistralında, Lənkəran rayonunun Kürə deyilən ərazisində tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

 

İlkin məlumata görə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 

Xəstəxanadan bildirilib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU