Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində qeyd olunub.