Bir müddət öncə - martın 28-də prezident İlham Əliyev Eldar Həsənovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncamla Eldar Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılıb.
Bu sərəncamdan bir ay ötməsinə baxmayaraq, Azərbaycanın Rumıniyada yeni səfiri təyin olunmayıb. Modern.az saytının XİN-dəki mənbəyə istinadən verdiyi məlumata görə, hazırda Azərbaycanın Rumıniyadakı diplomatik korpusuna səfirliyin müvəqqəti işlər vəkili Fərid Şamil oğlu Abdinbəyov rəhbərlik edir.
Modern.az