Modern.az

Fərhad Əhmədovun obyektlərində yoxlama aparılır

Fərhad Əhmədovun obyektlərində yoxlama aparılır

18 Noyabr 2022, 17:24

Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar aparılıb.

 

Modern.az xəbər verir ki, axtarış tədbirlərinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirildiyi bildirilir.

 

Bəzi xəbər saytlarında iş adamının saxlanılması barədə məlumatlar yayılsa da, bunun həqiqətə uyğun olmadığı deyilir.

 

Qeyd edək ki, Fərhad Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın “Forbes” siyahısında 1,7 milyard dollar sərvətlə 49-cu yeri tutur.

 

2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi