Modern.az

BDU-da “Heydər Əliyev – 90” adlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

BDU-da “Heydər Əliyev – 90” adlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

29 Aprel 2013, 16:11

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev – 90” adlı elmi-praktiki konfrans keçirilib. Plenar iclası giriş sözü ilə açan fakültənin dekanı, professor Zeynal Həsənalıyev elmi-praktik konfransın əhəmiyyətindən danışıb.

Sonra kafedra müdirləri, professorlar – Agalar Abbasbəyli “Ильхам Алиев и современный Азербайджан  - политическое наследие Гейдара Алиева”, Amil Məhərrəmov «Regionların iqtisadi inkişafı və Heydər Əliyev», Hacıağa Rüstəmbəyov «İqtisadi maraqlar: milli və regional aspektlər», Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Həmidova «Milli iqtisadiyyatın səmərəliliyinin artırılmasında xarici ticarət problemləri» mövzusunda məruzə ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. «Beynəlxalq münasibətlər» bölməsinə professor Ağalar Abbasbəyli, «Diplomatiya və müasir inteqrasiya problemləri» bölməsinə professor Hicran Hüseynova, «İqtisadiyyat» bölməsinə isə professor Amil Məhərrəmov sədrlik edib. Bölmə iclaslarında  “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti Vаhid  Abbasovun “Sahələrarası əlaqələrdə sistemlilik prinsipi”, həmin kafedranın dоктороант  Hüseyn Hüseynovun “Özünəməşğulluqla əmək bazarına inteqrasiya”, və “Gömrük işi” ixtisası üzrə I kurs qiyabi magistrant Fатма Musayevanın “Azərbaycanın gömrük xidmətinin təkmilləşdirilməsində Heydər Əliyevin rolu” adlı məqalələri maraqla qarşılanıb.

Elmi-praktik konfransın məsul katibi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Həmidova olub.





Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal