Modern.az

Misir Mərdanov yeni vəzifəsinə rəsmən təsdiqləndi

Misir Mərdanov yeni vəzifəsinə rəsmən təsdiqləndi

Reportaj

29 Aprel 2013, 16:22


Aprelin 19-da təhsil naziri postundan azad edilən Misir Mərdanov yeni iş yerində fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib. Artıq Misir Mərdənovun adı AMEA-nın rəsmi saytında da Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi qeyd olunur.

Qeyd edək ki, Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professordur.

M.Mərdanov 1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI