Modern.az

İlham Əliyev idarə rəisi olan baş redaktora “Şöhrət” ordeni verdi

İlham Əliyev idarə rəisi olan baş redaktora “Şöhrət” ordeni verdi

29 Aprel 2013, 19:11
Prezident İlham Əliyev Ataxan Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.

Sərəncama görə, Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə Ataxan Əvəz oğlu Paşayev “Şöhrət” ordeni ilə təltif edilir.
Modern.az-
ın məlumatına görə, Ataxan Paşayev 1984-cü ildən bu günə qədər Milli Arxiv İdarəsinin rəisidir. 

A.Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikası  Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.  
Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosializ quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləmişdir. 1984-cü ildən bu günə qədər Milli Arxiv İdarəsinin rəisidir.
1984-cü ildən «Azərbaycan arxivi» jurnalının baş redaktorudur. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal