İranda səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran Prezidenti Mahmud Əhmədinejadla görüşüb.
AzərTAc-ın məlumatına görə, Mahmud Əhmədinejad İran və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, bildirib ki, heç bir qüvvə bu əlaqələrə xələl gətirə bilməz. O, İranın Azərbaycandakı inkişafı alqışladığını vurğulayıb.
Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan İranı özünün dostu hesab edir: “Biz əməkdaşlığımızı inkişaf etdirməliyik və bunun üçün xeyli imkanlarımız var".
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə İran parlamentinin spikeri Əli Laricaninin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.
İanın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili ilə keçirilən görüşdə isə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Modern.az