Modern.az

İstanbul terroruna görə daha 2 nəfər saxlanıldı 

İstanbul terroruna görə daha 2 nəfər saxlanıldı 

Dünya

20 Noyabr 2022, 21:55

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktında şübhəli bilinən daha iki nəfər həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Şübhəlilərin terror aktını həyata keçirən Əhlam Əlbəşir və qaçan şübhəli Bilal Həsənin qanunsuz olaraq Türkiyəyə keçməsinə köməklik etdiyi bildirilir.

 

Noyabrın 13-də İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

 

 Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu