Modern.az

BMT rəsmisi: “Azərbaycanda aclıq problemi yoxdur”

BMT rəsmisi: “Azərbaycanda aclıq problemi yoxdur”

30 Aprel 2013, 10:35

“Dünyada 875 milyon insan aclıqdan əziyyət çəkir. Azərbaycanda son 5 ildə müşahidə olunan iqtisadi artım nıticəsində  yoxsulluğun səviyyəsi  49 faizdən 6 faizə qədər azaldıb”

Modern.az- xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk “Ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı” na həsr edilmiş tədbirdə deyib.
O, bildirib ki, BMT-nin hesablamalarına görə, dünyada 875 milyon insan aclıqdan əziyyət çəkir. Azərbaycanda digər ölkələrdə olduğu kimi aclıq problemi olmasa da, ərzaq təhlükəsizliyi ilə bağlı cidi addımllar atılmalıdır. Hesablamalara görə 2030-cu ilə qədər dünya əhalisinin sayı 1 milyarda qədər artacaq və burda ərzaq təhlükəsiziyini artırmaq vacib olacaq. Antonius Bruk onu da bildirib ki, ekoloji pisləşmə durmadan artır. 2050-ci ilə qədər ekoloji pisləşmə 17-20% öz mənfi təsirini göstərəcək:

“ BMT fauna hesablamalarına görə, bu gü 875 milyin onsan aclıqdan əziyyət çəkir. Buna operativ cavab vermək üçün ölkələr cəhdlərini artırmalıdırlar ki, ərzaq təhlükəsizliyi təmin olunsun. 2012-ci iləd Rioda keçirilən konfransda BMT-nin baş katibi Pan Ki Mun bildirdi ki, əsəs təşəbbüslərin məqsədi hamını yetrincə qida və azuqə ilə təmin etməkdir. Bütün bunların məqsədi erkən yaşlarda uşaqların aclıqdan əziyyət çəkməməsiri. Neft sektorundan qeyri neft sənayesinı keçid vacibdir. Kənd təsərrüfatıın inkişafı bu cəhətdən çox mühimdir. Azərbaycan dövlət kənd təsərrüfatı inkişafına ciddi dəstək olur. Sadəcə olraq lizinq proqramlarına çıxış hamıya əlçatan edilməsi vacibdir. Bundan başqa mütəxəssislərin sayı artırılmalıdır”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal